C seriyasından təklif - İbrahimoviçə

İsveç millisinin sabiq futbolçusu Zlatan İbrahimoviçə daha bir klub elçi düşüb.
Apasport.az saytının məlumatına görə, İtaliyanın C seriyasında çıxış edən “Montsa” ulduz futbolçuya müqavilə təklif edib.
Bunu klub rəsmisi Adriano Qalliani deyib. O bildirib ki, skandinaviyalı hücumçuya 2,5 illik müqavilə təklif olunub: “Klub prezidenti Silvio Berluskoninin icazəsindən sonra futbolçunun meneceri ilə danışdım. O, birbaşa Zlatanla danışmağımı məsləhət gördü. Mən də hücumçuya dedim ki, komandamıza gəl, 2 ildən sonra A seriyasında olacağıq”.
Qeyd edək ki, ABŞ təmsilçisi “Los Anceles Qalaksi” ilə anlaşması ilin sonunda başa çatacaq Z.İbrahimoviçi digər İtaliya klubları “Milan”la “Napoli” də heyətində görmək istəyir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu