Meksikada son həftə ərzində 12 polis qətlə yetirilib

Təkcə son həftə ərzində Meksikanın mərkəzi ərazisində 12 polis qətlə yetirilib.

REN TV bu ölkənin mətbuatına istinadən məlumat verir ki, cinayətkarların son qurbanı mağazada öldürülən İrapuato şəhərinin qadın polis əməkdaşı olub.  

Bundan əlavə, Quanaxuato ştatında yeddi, İrapuatoda üç, Leone və Selaye şəhərlərinin hər birində polis əməkdaşları kriminal qrupların qurbanına çevrilib.

Cari ilin əvvəlindən Quanaxuato ştatında 65 polis əməkdaşı qətlə yetirilib. Sözügedən ştat Meksikanın ən təhlükəli bölgələri sırasında ilk yerdə qərarlaşıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu