Pentaqon Ərdoğanın bazaları bağlamaq təhdidinə cavab verdi

Pentaqon Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın Ankaraya rus “S-400” komplekslərinə görə sanskiya tətbiq edəcəyi halda, İncirlik və Kürəcik bazalarının amerikalı hərbçilər üçün bağlanması ilə bağlı bəyanatına münasibət bildirib.

TASS xəbər verir ki, Pentaqondan ABŞ hərbçilərinin bu ölkədə türk hakimiyyətinin icazəsi ilə mövcud olduğu bildirilib.

“Biz Türkiyədəki qüvvələrimizin statusunu NATO müttəfiqi və strateji tərəfdaşımızla əməkdaşlığa və müdafiəsinə çoxillik bağlılığımızın simvolu kimi görürük”, - Pentaqondan bildirilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu