ABŞ gizli şəkildə iki çinli diplomatı ölkədən qovur

ABŞ hakimiyyəti gizli şəkildə iki çinli diplomatın ölkəni tərk etməsi ilə bağlı göstəriş verib. “The New York Times” xəbər verir ki, onlar 2019-cu ilin sentyabrında Virciniyadakı hərbi bazaya qanunsuz yollarla girmək cəhdində ittiham ediliblər.

Diplomatlardan ən azı birinin Çin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsindən şübhələnilir.

Məlumata görə, diplomatlar və həyat yoldaşları ABŞ-ın xüsusi təyinatlı qüvvələr bazasına gəliblər. Lakin onlarda bazanı ziyarət üçün müvafiq icazə sənədi olmayıb. Bundan sonra çinlilər saxlanılıb və baza ərazisini tərk etmələri istənilib.

ABŞ-ın təhlükəsizlik orqanları belə hesab edir ki, çinli diplomatlar hərbi bazada təhlükəsizlik təminatı sisteminin işi barədə məlumat əldə etmək niyyətində olublar.

Öz növbəsində çinli diplomatlar da hadisənin anlaşılmazlıq nəticəsində meydana gəldiyini və buna ingilis dilində sərbəst danışa bilməmələrinin səbəb olduğunu bildiriblər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu