Eston nazir 34 yaşlı qadın baş naziri təhqir etdi

Estoniya Daxili İşlər naziri Mart Helme Finlandiyanın Baş naziri Sannı Marini satıcı adlandırıb.

Axar.az xəbər verir ki, Helme bunu “TRE Radio”ya müsahibəsində deyib. O, Helmenin satıcılıqdan baş nazirə yüksəldiyini bildirib:

“Finlandiyada indi baş verənlərdən tüklərim biz-biz olur. Mən bununla əlaqədar Vladimir Leninin - istənilən evdardan nazir ola bilər - sözlərini xatırlatmaq istəyərdim. Burada biz görürük ki, satıcı necə baş nazir vəzifəsinə qədər qalxıb, eləcə də digər küçə aktivistləri və təhsilsiz adamlar hakimiyyət üzvləri sıralarına daxil olublar”.

Qeyd edək ki, Finlandiya baş naziri 34 yaşlı Sanna Marin ən gənc nazir sayılır. Marini hakimiyyətə gətirən koalisiyada yer alan partiyaların da hamısının rəhbəri qadınlardır. Üstəlik, ölkədəki 19 nazir vəzifəsindən 12-ni də qadınlar tutur.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu