Bakıda intihar: Əri tərəfindən döyülən qadın özünü binadan atdı

Bakının Xətai rayonunda intihara cəhd hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Məhəmməd Hadi küçəsində qeydə alınıb.

İlkin məlumata görə, 1991-ci il təvəllüdlü Tağıyeva Ülviyyə Əvəz qızı əri ilə yaşadıqları evdə mübahisə edib. Nəticədə qadın əri tərəfindən döyülüb. Buna görə də Ü.Tağıyeva özünü yaşadığı binanın 4-cü mərtəbəsindən yerə atıb. 

Yaralı ağır vəziyyətdə 3 saylı şəhər kliniki tibbi xəstəxanasına çatdırılıb. 

Xətai Rayon Prokurorluğunun əməkdaşları Ü.Tağıyevanın ərini saxlayıb. Araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu