İvanişvili: "Biz artıq Avropa demokratiyasında yaşayırıq"

Gürcüstan vətəndaşları artıq Avropa demokratiyasında yaşayır.

Axar.az xəbər verir ki, bunu Gürcü Arzusu Partiyasının lideri Bidzina İvanişvili Tiflisdə partiyasının təşkil etdiyi mitinqdə çıxışı zamanı deyib.

“Bu gün bəziləri kinayə ilə mənim “Biz möhtəşəm demokratiya yaradacağıq” sözlərimi xatırladırlar. Əslində biz artıq Avropa demokratiyasında yaşayırıq”, - deyə o bildirib.

İvanişvili Gürcüstanın Avropaya geri qayıtmalı olduğunu deyib:

“Avropa ilk növbədə antik Yunanıstanda yaranan demokratiya, ədalət haqqı və xristian ruhudur. Avropa tolerantlıq və müxtəliflikdir. Biz əsrlərlə bu dəyərlərlə yaşayırıq və cəsarətlə bəyan edirik ki, biz avropalıyıq. Gürcüstan təkcə Avropaya qayıtmamalı, həmçinin Avropa kəhkəşanında parlaq yerini tutmalıdır. Mən buna inanıram, çünki gürcü xalqı, gürcü dövləti və gürcü kilsəsi bu seçimdə birgədir”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu