Tramp: “Yüz ilin anlaşması” planına ümidlər azalıb"

ABŞ dövlətinin “Yüz ilin anlaşması” layihəsi İsrailin daxili siyasətində baş verən hadisələr səbəbindən həyata keçməyə bilər.

“Haber7” yazır ki, ABŞ Prezidenti Donald Tramp hökumətinin Fələstin-İsrail münaqişəsinin həll edilməsi istiqamətində hazırladığı “Yüz ilin anlaşması” planı mart ayında İsraildə keçirilməsi gözlənilən seçkilər öncəsi açıqlana bilər.

İsrailin Baş naziri Benyamin Netanyahunun “Likud” partiyasına yaxınlığı ilə seçilən “Hayom” qəzeti ABŞ hökumətinin İsraildə baş tutacaq növbəti seçkilərdə Netanyahu, yaxud “Mavi Bəyaz” ittifaqının üstünlük qazana bilməyəcəyi səbəbindən hökumətin qurulmayacağını yazır.

Xəbərlərə əsasən, Donald Trampın İsraildə seçkilərin nəticəsini gözləmədən “Yüz ilin anlaşması” planını açıqlaması da mümkündür.

ABŞ Prezidenti isə ötən həftə İsrail-Amerika Şurasında etdiyi çıxışında İsrail-Fələstin arasında əldə edilməli olan barışığa ümidin azaldığını, Cerad Kuşnerin İsrail-Fələstin münasibətlərinin həll edilməsi istiqamətində hazırladığı planı nəzərdə tutaraq, “Bu işi Kuşner bacarmazsa, heç kim bacara bilməz” cümləsini işlətmişdi.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu