ReAL yetkilisi namizədliyini bu dairədən irəli sürdü

ReAL Partiyasının katibi, iqtisadçı Natiq Cəfərli Milli Məclisə keçiriləcək seçkilərə namizədliyini irəli sürüb. 

Sherg.az-ın xəbərinə görə, bu haqda Cəfərlinin özü məlumat verib. ReAL yetkilisi 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən namizədliyini verib. O, artıq sənədlərini Dairə Seçki Komissiyasına təqdim edib. 

Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçki 2020-ci ilin fevral ayının 9-da keçiriləcək. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu