Göyçayda oğrular yaxalandı

Göyçayda elektrik naqillərini oğurlayan 2 şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Qarayazı kəndində xidmətdə olan zaman istismarı dayandırılmış elektrik naqillərinin 2 nəfər şəxs tərəfindən oğurluq məqsədilə kəsildiyini müəyyən edib, onları elə “iş başında” yaxalayıblar.

Dərhal əraziyə əməliyyat-istintaq qrupu cəlb olunub. İlkin araşdırma zamanı naqilləri  oğurlamaq istəyən şəxslərin İsmayıllı rayonunun Qubaxəlilli kənd sakinləri-əvvəllər məhkum olunmuş Natiq Həsəni və Oqtay Şirinov olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Oğurluq məqsədilə kəsilmiş naqillər və dəmirkəsən alətlər həmin ərazidən maddi sübut kimi götürülüb.

Faktla bağlı Göyçay RPŞ-də araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu