Bu ölkədə tıxacın uzunluğu 600 kilometri keçdi

Fransada pensiya islahatlarına qarşı artıq 12-ci gündür davam edən tətillər səbəbindən Parisin İl-de-Frans regionunda nəqliyyatın hərəkəti ilə bağlı ciddi problemlər yaşanır.

Axar.az xəbər verir ki, yerli vaxtla səhər saat 8:46-da Paris regionunun yollarında uzunluğu 630 kilometrə çatan tıxaclar müşahidə olunub.

Xatırladaq ki, dekabrın 11-də Fransanın Baş naziri Eduar Filipp gözlənilən pensiya islahatlarının müddəalarını təqdim edib. Onun sözlərinə görə, yaxın illərdə təqaüdlər 62 yaşdan deyil, 64 yaşdan sonra veriləcək. Həmçinin hazırda mövcud olan bir sıra pensiya rejimləri ləğv edilə və nəticədə əhalinin bir sıra kateqoriyaları, o cümlədən nəqliyyat işçiləri təqaüdə daha erkən çıxmaq imkanlarını və bəzi imtiyazları itirə bilər.

Bu qərar həmkarlar ittifaqının kəskin etirazına səbəb olub. Onlar dekabrın 17-nə ölkədə ən iri ümummilli etiraz aksiyaları planlaşdırırlar. Etiraz aksiyalarının ölkənin digər iri şəhərləri – Nant, Ren və Tuluzada da keçiriləcəyi bildirilir.

Fransa Prezidenti Emmanuel Makron ötən cümə günü hökumətin pensiya islahatları üzərində işləri davam etdirdiyini deyib, lakin kütləvi tətillərlə bağlı şərh verməkdən yayınıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu