Türkiyə:daha 181 nəfər saxlanıldı – Çevrilişə cəhddə ittiham olunurlar 

Türkiyədə daha 181 nəfər 2015-ci ildə baş verən dövlət çevrilişinə cəhddə ittiham olunaraq saxlanılıb. 
«Sherg.az» «lemonde.fr»ə istinadən xəbər verir ki, bu barədə Ankara prokuroru məlumat yayıb. Məlumatda qeyd olunur ki, 260 nəfərin  «ByLock» şifrəli mesajlaşma tətbiqindən istifadə etdiyinə görə onların saxlanılması ilə bağlı əməliyyat keçirilib:

"Dekabrın 17-də 181 nəfərin gülənçilərə bağlı olub- olmamalarına dair istintaq araşdırmaları aparıldı sonra onlarına həbsinə dair qərar verildi »

Xəbərdə qeyd olunur ki, 2015-ci ildən bu yana dövlət çevrilişinə cəhddə ittiham olunaraq 50 min adam saxlanılıb. 140 min nəfər isə vəzifədən azad edilib.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu