Dönər təhlükəsi: Gənclər ziyanını sonra hiss edəcəklər – YEMƏYİN!

Toyuq və ət dönərlərinə edilən hiylələr gündəm mövzusuna çevrilib. İndi də dönərçilərin satılmayan dönər ətini bir gün sonra yeni dönər ətinə qarışdıraraq satması haqqında məlumatlar yayılıb. Dönərin vətəni sayılan Türkiyədə bu halların baş verdiyi təzə hadisə deyil. Qardaş ölkənin qida mütəxəssisi Fuad Tekneci xəbərdarlıq edib ki, qalan dönərin bir gün sonra satılması çox risklidir: “Toyuq ətindən hazırlanan dönərin sabaha qalması və istifadə edilməsi qırmızı ətə nisbətən daha risklidir. Eyni gündə yeyilməlidir. 

Mütəxəssis deyir ki, dönəri şişlə birlikdə qalan qisimini dondurucuya atıb, istifadə edənlər var: “Bu çox təhlükəlidir. Çünki səth isti, orta qisimi soyuqdur. Bakteriyanın artma riski çox yüksəkdir".



Eyyub Hüseynov: "Nə dönər ətinin tərkibindəki bakterialar məhv olunur, nə də ki, digər gigenik qayadalara riayət edilir"


Bir gün sonraya saxlanmış dönər ətinin yenidən satılması tendensiyası paytaxt Bakıda da yaşanır. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sherg.az-a bildirib ki, bu məsələdə türk ekspertlərin fikirlərinə qatılır: 

“Onların bu qənaəti çox doğrudur. Bugünədək istehlakçı hüququnu qoruyuram. Amma cəmi iki dəfə zərərli məhsulların kütləvi məhv edilməsi prosesində iştirak etmişəm. Apardığım araşdırmalardan da bəlli olub ki, hazırlanmış dönər ətinin saxlanıb, sabah yenidən alıcılara təklif edilməsi çox təhlükəlidir. Çünki ət saxlandıqda onun tərkibindəki bakteriyalar məhv olmur, bir haldan digər hala keçir. Bu gün Azərbaycanda dönərləri qanunla hazırlayan yalnız iki müəsissə var. Onların hazırladığı dönər saxlanıb bir gün keçdikdən sonra istifadə edilsə, təhlükəli olmaz. Çünki onlar əti mənfi 40 dərəcə şok dondurmadan keçirir. Amma yenədə dönər ətinin saxlanıb yenidən satışa çıxarılması uyğun görülmür. Lakin paytaxtın əksər dönərxanalarında ət mənfi 40 dərəcə şok dondurmadan keçirilmir. Beləliklə də, ətin içərisində olan bakteriyalar asanlıqla insan orqanizminə daxil olur”. 

E.Hüseynov onu da söyləyib ki, payxtda satılan dönərlər insanlara zərər verir: 

“Bakının dönərxanaları  qoyulan tələblərin heç biri yerinə yetirmir. Nə dönər ətinin tərkibindəki bakterialar məhv olunur, nə də ki, digər gigenik qayadalara riayət edilir. Əksər yerlərdə dönərlər yol kənarında toz-torpaqla birbaşa təmasda hazırlanır. Bütün bunlar da insanlara ziyandır. Gənclər dönərdən çox istifadə edirlər. Zərərini bir neçə ildən sonra hiss edəcəklər”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Eynuroğlu Yazarın yazıları
menu
menu