İlham Şaban: “Gələn il “qara qızıl”ın qiyməti 62 dollar civarında müəyyənləşəcək”

Azərbaycan neftinin qiyməti enib. Dünya birjalarımnda brend markalı neftin bir bareli 70.11dollar olub. Bu da ötən günlə müqayisədə 0.75 dollar azdır. Maraqlıdır, ilin sonu və yeni ildə neftin qiymətidə hansı dəyişikliklər olacaq? Bu baradə ekspertlərin proqnozları hansı istiqamətdədir?

Suallarımızı cavablandıran Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban “Sherg.az”a bildirib ki, ötən ildə 2019-cu il üçün proqnozlarda brend markalı neftin orta qiyməti 65 dollar həcmində göstərilirdi:

“Lakin bu il Azərbaycanın dünya bazarına ixrac etdiyi neftin qiyməti 70-71 dollar civarında müəyyənləşdi. Real qiymət proqnozlardan təxminən 10 faiz artıq oldu. Yəni cari illə bağlı verilən bütün proqnozlar özünü doğrultdu. Proqnozların özünü doğrultması istehsalçılar və istehlakçılar üçün müsbət haldır. Çünki, fəaliyyət proqnozlara əsasən qurulur. 2020-ci illə bağlı proqnozlarda cari illə müqayisədə neftin qiyməti bir qədər ucuzlaşmalıdır. Proqnozlara görə, gələn il “qara qızıl”ın qiyməti 62 dollar civarında müəyyənləşəcək. 2020-ci il üçün neftin qiymətində azalmaya səbəb olan əsas faktorlar dünya iqtisadiyyatının zəif templə artımı, ABŞ və Çin arasındakı ticari münasibətlərin gərginləşməsi çərçivəsində enerjiyə olan tələbatın azalması və ABŞ-da neft istehsalının artımıdır”.

Ekspert onu da əlavə edib ki, 2020-ci ildə neftin qiyməti ilə bağlı verilən proqnozların Azərbaycan üçün mənfi təsiri yoxdur:

“Çünki Azırbaycan neftin orta büdcə qiymətini 55 dollar götürüb. Proqnozlar isə 60 dollardan yüksəkdir. Yəni istənilən halda Azərbaycan qarşısında duran büdcə layihələrini həyata keçirə biləcək.  Lakin neftin qiyməti yalnız dünyada baş verən iqtisadi faktorlardan dolayı dəyişmir. Yaxın və Orta Şərqdəki hər hansı bir siyasi hadisə neftin qiymətini artıra bilər”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Eynuroğlu Yazarın yazıları
menu
menu