Məktəb direktoru deputatla razılaşdı: “Şagirdlərin telefon işlətməsi…”

Milli Məclisin üzvü Elxan Süleymanov Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən “Yeni imtahan modeli, islahatlar, nəticələr və gözləntilər” mövzusunda keçirilən konfrasda bildirib ki, məktəblərdə telefondan istifadə qadağan olunmalıdır: “iPhone” əxlaqı pozur. Ona görə də “Iphone” telefonlarını qadağan etmək lazımdır. Baxın, mən burda danışıram, amma əksəriyyət telefonla oynayır”.

Məsələ ilə bağlı “Sheg.az”a danışan Bakıda yerləşən Fizuli rayon 3 nömrəli məktəbin direktoru Ruhiyyə İmanova bildirib ki, millət vəkilinin fikirləri ilə razıdır:

“Məktəbimizdə həm uzaq ərazidən gələn, həm də işdən sonra valideynləri tərəfindən evlərinə aparılan şagirlər təhsil alır. Bununla bağlı məktəblilər mütəmadi olaraq valideynləri ilə telefon əlaqəsi qurur. Beləliklə də valideynlər uşaqlarının məktəbə gedib çatdığını və ya dərslərinin nə vaxt bitdiyindən agah olurlar.



Bu kimi faktorlardan dolayı şagirdlərə telefon istifadəsinin tam qadağan olunması ilə razı deyiləm. Fikirimcə şagirdlər daim nəzarətdə saxlanılmalıdırlar. Onların telefondan nə üçün istifadə etdiyini izləmək lazımdır. Çünki, hazırda əksər şagirdin adına sosial şəbəkə profilləri var və onlar günlərinin müəyyən hissəsini orada keçirirlər. Beləliklə həm şagirdlər dərsdən uzaqlaşır, həm də onların tərbiyələri pozulur. Ona görə də şagirdlərə həm valideynlər, həm də müəllimlər tərəfindən ciddi nəzarət edilməlidir”.

R.İmanova onu da diqqətə çatdırıb ki, hazırda bəzi məktəblərimizdə vahid telefon var:

“Həmin telefon vasitəsi ilə həm şagirdlər valideynləri ilə danışır, həm də müəllimlər valideynlərlə əlaqə qurur. Fikirimcə, bu praktika bütün məktəblərdə tətbiq olunmalıdır”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Eynuroğlu Yazarın yazıları
menu
menu