ÜST açıqladı:«Siqaret çəkən kişilərin sayı 60 milyon azalıb» - İlk dönüş 

Dünyada siqaret çəkən kişilərin sayı azalıb. 
«Sherg.az» «Sciencesetavenir.fr»ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlama yayıb. Təşkilatdan bildirilib ki, son 20 il müddətində tütündən istifadə edən kişilərin sayı 60 milyon azalaraq 2018-ci ildə 1.337 milyarda çatıb. Və bu dünyada tütünə qarşı mübarizədə ilk dönüş deməkdir.  

ÜST-ün bildirdiyinə görə, 2018-2020-ci illər ərzində kişi istifadəçilərin sayı 2 milyon azalıb. 2020-2025-ci ilə qədər bu rəqəm 4 milyona çatacaq.  Ümumilikdə isə 2018-ci il üçün qadın və kişi istiafadəçilərlə birlikdə 10 milyon azalma olub ki, bu da 2025-ci ilə qədər 27 milyona çata bilər. 

Qeyd edək ki, hər il tütündən yaranan xəstəliklər üzündən dünyada 8 milyon insan ölür. Ölənlərdən 7 milyonu birbaşa tütün istifadə edənlərdir, qalan 1 milyonu isə passiv tütündən istifadə edənlərdir. 


Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu