Sosioloqdan çağırış: "Atalıq məzuniyyəti" də olmalıdır

Türkiyədə atalara 16 həftəlik doğum məzuniyyəti veriləcək. “Vodafone” şirkəti 4 il əvvəl başlatdığı layihəni genişləndirib. Qardaş ölkə mediası xəbər verir ki, şirkət valideyn olan əməkdaşlarına uşaqları ilə daha çox vaxt keçirməsi üçün bu addımı atır. 

Həyat yoldaşı uşaq dünyaya gətirən “Vodafone” əməkdaşları ilk 18 ay ərzində istədikləri müddətdə 16 həftəlik tam maaşlı məzuniyyətdən yararlana biləcəklər. Bundan əlavə, şirkətin işçiləri geri döndükdən sonra ilk 6 ay ərzində həftədə 4 gün çalışmaqla tam aylıq maaşlarını alacaqlar.Yeni məzuniyyətlərə gələn ilin aprelindən start veriləcək. 

Maraqlıdır, bu Azərbaycandakı iri şirkətlərdə də tətbiq oluna bilərmi?



Sualımızı cavablandıran sosiloq Əhməd Qəşəmoğlu  “Sherg.az”a bildirib ki, müasir dövrün tələbləri, proseslər bu kimi məsələləri aktuallaşdırıb: 

“Artıq ailələr elə şəkildə formalaşır ki, ailə üzvləri daim evə diqqət göstərməlidir. Məsələn, hazırda ailələrdə elə vəziyyət yaranıb ki, evdə ana ilə birlikdə ata da uşaqlarla vaxt keçirməlidir. Eyni zamanda uşaq dünyaya gəldikdə ana ilə birlikdə ata da evdə olmalıdır. Bu zaman da atalıq məzuniyyətinin kifayət qədər akrtullığı yaranır. Bununla yanaşı ailə problemlərinin həllində, müəyyən ağır ev işlərində artıq ataya ehtiyac yaranır. Fikrimcə, belə faktorlardan dolayı atalıq məzuniyyətinin olması labütdür. Ümumiyyətlə müasir dövrün tələbləri atalıq məzuniyyəti tələb edir. Xüsusən də iri biznes strukturları, özəl şirkətlər bunu tətbiq edə bilərlər. Kişilərə "Atalıq məzuniyyəti" verə bilərlər”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Eynuroğlu Yazarın yazıları
menu
menu