Suriya: 370 min ölü, milyonlarla qaçqın, yüzlərlə itkin...


Dünən Suriyanın şimal -qərbində yerləşən Dəməşqdə Əsəd qüvvələri ilə yaraqlılar arasında baş verən silahlı toqquşmalarda 80 nəfər həlak olub. 
“Sherg.az” "lefigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə Suriyada İnsan Huquqlarının Qorunmasına dair yaradılan müşahidəçi qrupundan bildirilib.

Məlumata görə, İdlib regionunda baş verən döyüşlərdə 51 nəfər cihadçı, 30 nəfər isə Əsəd tərəfdarı ölüb. Bu qarşıdurmalar Suriyanın “Maarat al-Noomane”şəhəri yaxınlığında da davam edib. 

Xəbərdə o da deyilir ki, ümumən Suriyada baş verən toqquşmaların ilk günündən bu günə qədər 370 min nəfər həlak olub, milyonlarla insan yurd-yuvasından didərgin düşüb, yüzlərlə itkin var. 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu