Bələdiyyə üzvlüyünə namizəd:“İnsanlar olduqca aktiv iştirak edir”

“Hazırda səsvermə hüququmdan istifadə edib qərargahımızda nəticələri gözləyirik. Seçki məntəqələrinə özüm nəzarət etmirəm. Nümayəndələrim bu məsələ ilə məşğuldur. Hazırda hər hansı bir problem yaşanmayıb”.

Bu sözləri “Sherg.az”a bələdiyyə üzvlüyünə 34 saylı Xətai ikinci seçki dairəsindən namizəd Rusif Məmmədsoy deyib. O qeyd edib ki, dairələrindəki insanlar seçkidə digər illərlə müqayisədə olduqca aktiv iştirak edir:

“Bir nəfər kimi Rusif Məmmədov deyib, gəlirlər və bu məni olduqca sevindirir. Builki seçkilərdə gənc namizədlər olduqca aktiv oldu. Maraqlı təbliğat kampaniyası apardıq.


Bizim dairədə 36 məntəqə fəaliyyət göstərir. Problem olmasın deyə, mən seçki məntəqəsinə yaxınlaşmıram.
Nümayəndələrim müşahidə prosesinə 34 saylı Xətai ikinci seçki dairəsinin  məntəqələrindən başlayıblar, proses davam edir".




Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu