Gürcüstandan Azərbaycana virus keçə bilər: Sanitar nəzarət gücləndirilməlidir

Son iki həftə ərzində Gürcüstanda uşaqlar arasında mövsümi qrip xəstəliklərinə yoluxma hallarının sayı kütləvi şəkildə artıb. Bu barədə "Rustavi 2" telekanalı pediatrlara istinadən xəbər verib. 

Məlumatda qeyd olunur ki, son günlər ərzində Çiçiaşvili adına yeni uşaq klinikasına təxminən 80 pasient yerləşdirilib. Uşaqlarda yüksək temperatur və baş ağrıları qeydə alınıb. Hazırda təxminən 15 pasient "H1N1" də daxil olmaqla müxtəlif qrip viruslarından stasionar şəkildə müalicə alır.

Maraqlıdır, qonşu dövlətdə yayılan viruslar ölkəmizə ayaq sala bilər?



Sualımızı cabalandıran pediatr Vaqif Qarayev “Sherg.az”a söyləyib ki, Gürcüstanda vəziyyət o qədər də gərgin deyil:

“Ötən il Gürcüstanda dəhşətli epidemiya vardı. Hətta oradakı viruslar Azərbaycana da keçdi. Hazırda qonşu ölkədəki vəziyyəti tam olaraq bilmirəm. Amma uzun zamandır ki, Gürcüstanda bəzi virusların olduğundan agah idim. Fikrimcə, Gürcüstanda yayılan viruslar epidemiya  şəklində deyil. Lakin hər ehtimala hazırlıqlı olmaq lazımdır. Çünki Gürcüstanla Azərbaycan qonşu ölkələrdir. Eyni zamanda ölkə vatəndaşları daha çox Gürcüstana gedib-gəlir. Xüsusəndə bayramla bağlı olaraq gediş-gəliş intensivləşib. Əgər qonşu ölkədə tibbi vəziyyət gərgindirsə, o zaman sanitar nəzarəti gücləndirməliyik. İnsanlarda bu məsələdə diqqətli olmalıdır”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Eynuroğlu Yazarın yazıları
menu
menu