Deputat: “Prezidentin təhlili qarşısında istənilən arqument acizdir”


Səməd Seyidov:“Ölkə başçısının gətirdiyi sübutlar və rəqəmlər Azərbaycan-Avropa münasibətlərinin  hansı səviyyədə olması haqqında konkret qənaət ortaya qoydu”

"Dünən Prezident İlham Əliyevin yerli telekanallara verdiyi müsahibə tarixi bir hadisə idi. Ona görə ki, ölkə başçısı indiki dövrdə Azərbaycanın hansı səviyyədə olduğu, gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı konkret hədəfləri və perspektivləri açıq şəkildə Azərbaycan xalqına təqdim etdi. Təkrar edirəm, Prezidentin dünən səsləndirdiyi fikirlər məntiqi nöqteyi- nəzərdən qüsursuz və Azərbaycan xalqının istədiyi və düşündüyü istiqamətdə olan mülahizələr idi".
Bu barədə "Şərq"ə millət vəkili, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, professor Səməd Seyidov bildirib.
Onun sözlərinə görə, cənab Prezident Azərbaycan-Avropa münasibətlərini də çox ciddi şəkildə təhlil etdi:

"Bu təhlil və təqdimatın qarşısında istənilən arqumentlər acizdir. Onun gətirdiyi sübutlar və rəqəmlər, bu gün Azərbaycanın, Azərbaycan-Avropa münasibətlərinin  hansı səviyyədə olması haqqında konkret qənaət ortaya qoydu. Ölkə rəhbəri Azərbaycanın  milli maraqlarının qorunması istiqamətində konkret  strateji bir plan cızdı. Avropa Birliyi ilə imzalanacaq və ya müzakirə olunacaq müqavilə, Avropa ölkələri ilə ikitərəfli əlaqələrin təhlili, Avropa istiqamətində ticarət sahəsi ilə bağlı analiz, Avropanın enerji təhlükəsizliyinin təmin olunması, Avropanın gələcəyi, Avropanın gələcək həyatında Azərbaycanın rolu, yeri, maraqları, əhəmiyyətini konkret şəkildə düsturla gündəmə gətirdi.

Hesab edirəm ki, Prezidentin bu çıxışlarını Azərbaycan xalqı alqışladı. Bu, təsadüf deyil. Cənab Prezidentin düşüncəsi, təhlil qabiliyyəti, uzaqgörənliyi, Azərbaycan xalqı haqqında fikirləri həmişə xalqın xeyrinədir. Xalqın inkişafına yönəlmiş addımlardır.

Dünən ölkə başçısı bunu əyani şəkildə  sübuta yetirdi. Bu fikirlərin Azərbaycan xalqına və bütün dünyaya çatdırılmasının şahidi olduq. Prezidentin dünənki çıxışından yalnız qürur duymaq lazımdır”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu