Millət vəkilindən sərt sözlər:"Təəssüf ki, bəzi məmurlar bu qətiyyəti başa düşmür"    


Səməd Seyidov:lkə başçısının məmurların korrupsiya meyllərini dövlətə xəyanət kimi qiymətləndirməsi, onların ünvanına “Xalqdan qorxmursunuzsa, Allahdan qorxun” deməsi, məlum mübarizənin  bundan sonra da davam etdirilməsi hər bir azərbaycanlının ürəyincədir"



“Məmurların rüşvət və korrupsiyadan arınması ən vacib məsələlərdən biridir. Prezident İlham Əliyev də dünən Azərbaycan telekanallarına verdiyi müsahibəsində bu mövzuya toxundu. Korrupsiya və rüşvətə qarşı kəskin mövqeyini ortaya  qoydu”.

Bunu “Şərq”ə millət vəkili, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, professor Səməd Seyidov söyləyib. 

Parlament üzvünün sözlərinə görə, ölkə başçısının məmurların korrupsiya meyllərini dövlətə xəyanət kimi qiymətləndirməsi, bunu mədəniyyətsizliyin ən yüksək  səviyyəsi kimi təqdim etməsi, onların ünvanına “Xalqdan qorxmursunuzsa, Allahdan qorxun” deməsi, məlum qətiyyətin, mübarizənin  bundan sonra da davam etdirilməsi hər bir azərbaycanlının ürəyincədir:

"Təəssüflər olsun ki, bəzi məmurlar bu qətiyyəti başa düşmürlər. Söhbət yalnız məmurlardan yox, həm də hamıdan gedir. Dünən ölkə başçısı deputatlarla bağlı da məsələlərə toxundu. Bildirdi ki, xalqa yaxın olmaq lazımdır, seçildikdən sonra da seçicilərlə görüşməli, onların qayğılarını dinləməli və həllinə çalışmalıdırlar. Prezident məmurların məsuliyyətsizliyini də gündəmə gətidi. İctimai nəzarət məsələsinə diqqət çəkdi. Xalqa birbaşa müraciət etdi ki, mənim dəstəkçim xalqdır. Milli Məclisin iclas zalında ulu öndər Heydər Əliyevin kəlamları yazılıb:“Hakimiyyətin mənbəyi xalqdır”.

Dünən İlham Əliyev 10 milyonluq Azərbaycan xalqı ilə bir görüş keçirdi. Bu görüşün hər bir iştirakçısı, Prezidentin hər bir kəlməsini razılıqla qarşıladı. Ölkə başçısının dedikləri xalqın ürəyindən idi.

Korrupsiyaya qarşı mübarizə, siyasi sabitlik, müasirlik, Azərbaycanın tərəqqisi, dünyaya inteqrasiyası, ölkəmizin özgüvəni, qüruru heç kimdən asılı olmaması, dünyada öz rolunu göstərməsi, dinlər və xalqlararası münasibəti, qonşularla xoş münasibətləri göz önündədir. Hesab edirəm ki, bu, tarixi bir çıxış idi.

Ölkəmizin xeyrinə olan işləri bundan yaxşı səviyyədə təqdim etmək mümkün deyil. Əlbəttə, 2109-cu il Azərbaycanın maraqlarını əks etdirən il kimi yadda qaldı. Yəni, istənilən iş yüksək səviyyədə görülür. Məsələn, Qoşulmama Hərəkatındakı rolumuz, Türkdilli Ölkələrinn Zirvə görüşünün təşkili kimi məsələlər Azərbaycanın səviyyəsini ortaya qoydu. Düzdür, biz də həmin görüşlərlə bağlı fikirlərimizi söyləyirik, onun əhəmiyyətindən danışırıq. Bu hadisələri təhlil edirik.

Amma yaradıcının, yəni, Prezidentin özünün bu hadisələrin məntiqi, fəlsəfəsi, əhəmiyyəti və hədəfləri haqqında danışmasının özü bir tarixi hadisədir”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu