Deputatdan ilginc iddia:"Azərbaycan gec-tez Ermənistanı bu yola gətirəcək!” 

Səməd Seyidov: "Danışıqlar prosesi elə məsələdir ki, bəzi məqamda bir tərəf, başqa bir tərəfi sülh danışıqlarına məhkum və məcbur edir. Azərbaycanın apardığı uğurlu siyasət gec-tez Ermənistanı bu yola məhkum edəcək"



"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonun saxlanılmasının kökündə bilirsiniz nə dayanır? Cənab Prezident yerli telekanallara dünənki müsahibəsində bu məsələ ilə bağlı çox maraqlı bir fikir səsləndirdi. Qeyd etdi ki, məntiq məntiqsizliklə, qətiyyət qətiyyətsizliklə, məsuliyyət, məsuliyyətsizliklə, cürət qorxu ilə rastlaşıb. Ölkə başçısı bu sözləri elə-belə demədi".

Bu barədə "Şərq"ə millət vəkili, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, professor Səməd Seyidov bildirib. O qeyd edib ki, Azərbaycan  qarşı tərəfdən nə beynəlxalq, nə lokal, nə də insani səviyyədə anlaşılan bir davranış görmür:


"Bunu cənab Prezident çox müfəssəl şəkildə izah etdi. Bildirdi ki, özü-özünü inkar edən bir insan hansı danışıqlar prosesinin inkişafına nail ola bilər?! Ən maraqlısı  odur ki, Ermənistana şans tanıdıq ki, öz məntiqsizliyindən çıxa bilsin. Ölkə başçısı İrəvanda faşist Njdeyə heykəlin qoyulması ilə bağlı  ilə çıxışında bildirmişdi. Düzdü, bu heykəli Ermənistanın əvvəlki hakimiyyəti qoyub. Təkrar edirəm, təəsüflər olsun ki, məsuliyyət məsuliyyətsizliklə, cəsarət, qorxalıqla rastlaşıb. Danışıqlar prosesi elə məsələdir ki, bəzi məqamda bir tərəf başqa bir tərəfi sülh danışıqlarına, məhkum və məcbur edir. Azərbaycanın apardığı uğurlu siyasət gec-tez Ermənistanı bu yola gətirəcək”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu