"Parlamentdə dünyanın dilində danışa bilən insanlar təmsil olunmalıdırlar" - MESAJ

Səməd Seyidov: "Xalqın düşüncəsi dəyişir. Düşüncəsi dəyişmiş xalqa dəyişmiş strukturlar lazımdır"  



"Bu yaxınlarda Avropa Şurasından qayıtmışam, beynəxalq təşkilatlarda qəbul olunan sənədlər içərisində Azərbaycanla bağlı tənqidi məqamlar olsa da belə, həmçinin onlar 2017-2019-cu illərdə verilmiş fərmanlar və indiki islahatları müsbət nəticələr verməyə başlayan islahat kimi dəyərləndirirlər. Struktur və kadr islahatları ilə bağlı hamı danışır. Maraqlı bir sual hasil olunur. İslahatlara niyə başlanıldı? Bu sualın cavabını cənab Prezident yerli telekanallara verdiyi dünənki müsahibəsində və digər bütün çıxışlarında verib".

Bunu "Şərq"ə açıqlamasında millət vəkili, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, professor Səməd Seyidov vurğulayıb. Parlament üzvü diqqətə çatdırıb ki, zaman dəyişib, Azərbaycan dəyişib:

"Bir neçə əvvəlin Azərbaycanı ilə indiki Azərbaycanı müqayisə etmək mümkün deyil. Dünya dəyişib. 10 il öncənin Avropası ilə indinin Avropası tamam fərqlidir. Azərbaycan da bu dəyişən dünyanın içərisində özünə xüsusi bir yer tutub. Azərbaycanın tutduğu yer arxada deyil, öndədi, görünən yerdədir. Azərbaycan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri- daimi üzvüdür.


Qoşulmama Hərəkatının rəhbəıliyini təşkil edir. Türkdilli ölkələrin Zirvə görüşünə ev sahibliyi edir. Azərbaycan dünya millətləri  və dinlərinin qovuşduğu bir sabitlik adasıdır. Bu mənada biz deyəndə ki, Azərbaycan dəyişib, bu o deməkdir ki, Azərbaycan xalqının düşüncəsi, hadisələrə yanaşması müasirləşib. Xalqın düşüncəsini müasirləşdirən, yeniləyən ulu öndər siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin siyasətidir.

Bu diplomatiya imkan verir ki, bu gün azərbaycanlılar dünyanın hər bir yerində öz sözlərini desinlər, beynəxalq institutların tədbirlərində iştirak etsinlər.  Dünyaya çıxışlar əldə etsinlər. Yəni, xalqın düşüncəsi dəyişir. Düşüncəsi dəyişmiş, xalqa dəyişmiş strukturlar lazımdır.  Ona görə, həm icraedici, həm qanunverici orqanlarda, məhkəmə sistemində islahatlar, yeniləmələr gedir. Ona görə də, parlamentdə xalqı inkişaf etmiş, formalaşmış, müasirləşmiş, dünyanı dərk edən, dünyanın dilində danışa bilən insanlar təmsil etməlidirlər. Vaxtilə demişəm ki, yeniləşmiş parlament istəyirəm.

Bu, mütləq olacaq. Bu xalqın istəyi öz əksini tapacaq. Azərbaycan demokratik və beynəlxalq standartlara cavab verən seçkilər keçiləcək,beynəxalq müşahidəçilər gəlib müşahidələrini aparacaqlar". 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu