235 min insan didərgin salınıb – BMT-dən sərt açıqlama

Dekabrın 16-dan etibarən Rusiya tərəfindən dəstəklənən Suriya rejimi İdlib əyalətində hücumlara başlayıb. 
«Sherg.az» «lefigaro.fr»ə istinadən xəbər verir ki, hücumlar nəticəsində azyaşlı köçkünlər Türkiyə ilə sərhəddəki düşərgəyə yerləşdiriliblər. 
BMT –nin verdiyi məlumata görə, son iki həftə ərzində Rusiya dəstək verdiyi Suriya rejimi tərəfindən Suriyanın şimal-qərbində yerləşən İdlibdə başladılan hücum nəticəsində 235 min insan öz yurdundan didərgin salınıb. Hərbi əməliyyatların uzanması insanları təşvişə salıb. Vətəndaşlar, şimalda, İdlibin özündə və Türkiyə ilə sərhəddə qaçqın düşərgələrində sığınmağa çalışırlar. Ancaq minlərlə ailə, hava zərbələri və ağır atəş nəticəsində yollarda vurulmaqdan qorxur.
Abu al Majd Nassar adlı ailə başçısı bəyan edib ki, Putin Əsəd rejiminə qarşı olan bütün insanları məhv etmək istəyir. 
Yazıda o da qeyd olunur ki, Suriyanın şimal-qərbində Rusiya və Əsəd qüvvələri güclənirlər. Doğrudur, onlar sivil vətədaşları qoruduqlarını elan etsələr də, çoxlu sayda xilasedicinin verdiyi məlumata görə, onlar şəhərləri, xəstəxanaları bombardman edirlər. Bunun nəticəsində çoxlu sayda insan tələf olur. 
Bu cümə axşamı ABŞ prezidenti Donald Tramp Suriya rejimi, Rusiya və İranı İdlib əyalətində "qırğın" törətməkdə günahlandırıb.  Amma  Türkiyənin bu istiqamətdəki səylərini alqışlayıb.


Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu