Baş yazar: “Prezident mediaya həmrəylik, məmurlara isə nümunə göstərdi”

Elşad Eyvazlı: “Ölkə başçısı aidiyyəti şəxslər və qurumlara siqnal verdi ki, mətbuata münasibət dəyişməlidir. Peşəkar mətbuatımız Prezidentin bu münasibətindən böyük mənada yaralanacaq”



“Jurnalistlər üçün inşa olunan ikinci binanın açılşında cənab Prezident çıxış etdi və jurnalistlərin onun köməkçiləri olduğunu bildirdi.  Bununla yanaşı, Prezident İlham Əliyev bu yaxınlarda yerli telekanallara müsahibə verdi. Həmin müsahibədə də qeyd etdi ki, cəmiyyətdə baş verən hadisələrlə bağlı xəbərləri mediadan alır.  Ölkə başçısı bununla ictimaiyyətə mediaya diqqət etdiyini və mətbuatı izlədiyini bəyan etdi”.  

Bu barədə “Sherg.az”a Modern.az saytının baş redaktoru, Parlament Jurnalistlər Birliyinin(PJB) sədri Elşad Eyvazlı bildirib. Baş yazarın sözlərinə görə, ölkə başçısının bu açıqlamaları təkcə sözlərdən ibarət deyil və əməldə də biz bunun şahidiyik: 

“Bununla ölkə başçısı göstərdi ki, media ilə sıx əlaqədədir. Əlbəttə, Prezidentin mediaya bu münasibəti sevindiricidir. Media nümayəndələri də bu münasibəti çox müsbət dəyərləndirir. Ölkə başçısına mediaya göstərdiyi diqqətə görə təşəkkür edirik”.

E.Eyvazlı cənab Prezidentin mətbuatla bağlı fikirlərində başqa bir məqamın da olduğunu söyləyib:
“Prezidentin çıxışlarında bir mesaj da vardı. Bəzi məmurların jurnalistləri görməyə gözü yoxdur. İllərdir, onlardan bir kəlmə söz almaq olmur. Prezident həmin məmurlara da  bir mesaj verdi ki, mediaya açıq olmaq lazımdır. Fəaliyyətini düzgün və şəffaf quran qurum rəhbəri mediaya niyə açıq olmasın ki?! Deməli, işində problemlər var. Ölkə başçısı mediaya həmrəylik və məmurlara isə bir nümunə göstərdi. Bildirdi ki, mətbuata münasibət dəyişməlidir və belə olmaq lazımdır.  Peşəkar mətbuatımız bunlardan böyük mənada yaralanacaq”.

PJB sədri diqqətə çatdırıb ki, jurnalistikamızda həlledici məqamlarla bağlı dövlət başçısı təşəbbüs göstərir, ancaq biz bu təşəbbüsə adekvat işlər görə bilmirik:

“Bu da bizim problemimizdir. Cənab Prezident məsələni gündəmə gətiribsə, niyə ona ciddi şəkildə dəstək göstərməyək?! Bu dəstək yalnız sözdə deyil, əməldə də olmalıdır.  Ölkəmizdə aparılan işlərə göz yummamalı, hamılıqla dəstək olmalıyıq. Bu, dövlətimizin gələcəyi üçün çox önəmlidir. Təkrar edirəm, cənab Prezidentin “Jurnalistləri özümə köməkçi hesab edirəm” fikri o deməkdir ki, siz doğrunu yazın, mən sizin verilişlərinizi, yazılarınızı izləyirəm.
Yerli telekanallara müsahibəsində dövlət başçısı xüsusi mesaj verdi. Ona görə də media nümayəndələri bu məsələdə birgəlik nümayiş etdirməlidir. Biz gələcəyimizi fikirləşməli, daxili intriqalardan uzaq olmalıyıq. Medianın fəaliyətinin intriqalara hesablanması Azərbaycanın gələcəyinə, müstəqilliyinə, inkişafına vurulan zərbədir.  Cənab Prezidentin bu mesajından sonra bir olmasaq, jurnalistikamızı böyük bəlalar gözləyir.
Azərbaycan müharibə şəraitində olan ölkədir. Azərbaycan jurnalistləri erməni jurnalistlərə qalib gəlməlidir. Bunsuz qələbə çətindir. Daxili intriqalara hesablanmış enerji, vaxt itkisi, informasiya müharibəsində ancaq fəlakət gətirə bilər. Belə bir vaxtda mətbuatı yanlış istiqamətə sürükləyənlər mütləq Azərbaycanın müstəqilliyinə, inkişafına, bütövlüyünə, Qarabağın işğaldan azad edilməsinə qarşı olanlardır”.
  

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu