"Azərbaycandakı sabitliyin qədrini, qiymətini bilməliyik"

Sahib Alıyev:"Beynəlxalq münasibət getdikcə beynəlxalq münasibətsizliklə əvəzlənir"

"Dövlətlər, özəlliklə də böyük dövlətlər beynəlxalq hüquq və norma çərçivəsində deyil, öz gücünün diqtə etdiyi reallıqlara dayanaraq hərəkət edirlər"




"Belə görünür ki, indən sonra dünyada ən qəhət və elə həm də ən qiymətli şey sabitlik olacaq".
"Sherg.az" xəbər verir ki, bu barədə millət vəkili Sahib Alıyev bildirib. Onun sözlərinə görə, ABŞ-ın başqa bir ölkənin silahlı qüvvələrini öncə terror qruplaşması adlandırıb ardından da onun başında duranlardan ən tanınmışını qətlə yetirməsi və gələcəkdə də belə bir addımın atıla biləcəyi xəbərdarlığını etməsi onu göstərir ki, beynəlxalq konyukturadakı turbulentlik təkcə davamlı yox, həm də dayanıqlı şəkil alır:


" Beynəlxalq münasibət getdikcə beynəlxalq münasibətsizliklə əvəzlənir. Bir sözlə, dünya tramplaşır. Yəni  dövlətlər, özəlliklə də böyük dövlətlər beynəlxalq hüquq və norma çərçivəsində deyil, öz gücünün diqtə etdiyi reallıqlara dayanaraq hərəkət edirlər.
Ona görə də hər bir azərbaycanlı ölkəmizdəki sabitliyin qədrini və qiymətini bilməli, onun hansı zəhmət, bacarıq hesabına əldə olunduğunu dərk etməlidir. Anlamalıdır ki, fərd olaraq bizim hər birimizin dəyərimiz ilk növbədə dövlətimizin qüdrətiylə ölçülür".

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu