Mütəxəssisdən nazirliyə SƏRT İTTİHAM:"İnhisarçılıq yaratdığı üçün keyfiyyətli internet yoxdur"

Osman Gündüz:"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi özəl provayderlərə imkan vermədiyinə görə, bazarda rəqabət formalaşmır və nəticədə insanlara keyfiyyətsiz internet verilir" 


"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi kabel kanalizasiya infrastrukturunu monopoliyada saxlayır". Bu barədə "Sherg.az"a"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

Onun sözlərinə görə, nazirlik digər özəl provayderlərin bu infrastrukturdan istifadəsinə imkan vermədiyi üçün bazarda rəqabət formalaşmır və nəticədə insanlara verilən internetin keyfiyyətində ciddi problemlər yaranır:


"Ayrı-ayrı özəl provayderlər iddia edirlər ki, "Aztelekom"və "Baktelekom" onların müştərilərini "oğurlayırlar"

"Nazirlik özəl provayderlərə imkan yaradarsa, bazarda rəqabət yaranar və internetin keyfiyyəti qaydasına düşər. İnsanlar da narazı qalmaz. Ya internet satan "Aztelekom" və "Baktelekom"özəlləşməli, ya da özəl provayderlərə imkan yaradılmalıdır. Əks halda bu sahədə inkişafa nail olmaq çətin olacaq. Baxın, bu gün, nəinki rayonlar heç paytaxt Bakı fiber optik sistemlə təmin olunmayıb.

Ayrı-ayrı özəl provayderlər iddia edirlər ki, "Aztelekom"və "Baktelekom" onların müştərilərini "oğurlayırlar". Azərbaycanda internetin zəifliyinin yeganə problemi rəqabətli mühitin olmamasıdır. Ümumiyyətlə, dünyada dövlət provayderi anlayışı yoxdur. Bu mənada yuxarıda adlarını çəkdiyim dövlət provayderləri özəlləşməlidir. Bir əcnəbi mütəxəssisin yanında dövlət provayderi deyəndə o, başa düşmədi. Hesab edirəm ki, nazirlik ya  kommersiya ilə məşğul olmalı, ya da tənzimləyici quruma çevrilməlidir".

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu