Vətəndaşlar Milli ÖN aparatları qarşısında aciz qaldı


 MilliÖN aparatları bayram günlərində əhaliyə əzab yaşatdı. Kommunal xidmətlərlə bağlı smart-kart vasitəsilə ödəniş etmək istəyənlər Milli ÖN aparatları qarşısında aciz qaldı, çünki aparatlar ödəmələri qəbul etmədi.

Konkret, Yeni Günəşlidəki “Araz” super-marketində, “Xalqlar Dostluğu” metrostansiyasındakı MilliÖN aparatları qeyri-işlək vəziyyətdə idi. Belə demək mümkünsə, MilliÖN aparatları da Yeni il tətilinə “çıxmışdı”. Aparatlar dolu olduğundan ödəmələri qəbul etmirdi. Bildirilirdi ki, aparatlar inkassatorlar tərəfindən boşaldılmalıdır. Amma işi görən yoxdur. Bu səbəbdən də sayğacına, tutalım təbii qaz yükləmək istəyən qəsəbə sakinləri metronun “Neftçilər” stansiyasınadək getmək məcburiyyətində qalıblar. Deyəsən, qaydalar dəyişib. Əvvəllər bayram-seyran, fərq etməzdi, iaşə obyektləri, əhaliyə xidmət göstərməli olan obyektlər, müəssisələr daim işlək vəziyyətdə olardı. Narazılıqla bağlı MilliÖn xidmətinin +0010 əlaqə nömrəsinə zəng etdik. Cavab verən xanım işlək olmayan aparatlar barədə quraşdırıldığı nöqtə üzrə məsul şəxslərin Xidmətə məlumat verməli olduğunu dedi. “Aparatlar harada qoyulubsa, oranın əməkdaşları bizimlə əlaqə saxlayıb məlumat verməlidir. Biz də bunu qeydə almalı və mütəxəssis göndərməliyik. Adətən inkassartorlar aparatları müntəzəm yoxlayıb boşaldır. Ola bilsin, qeyri-iş günləri ilə əlaqədar nəzarət az olub. Yenə də, əhali belə hallarla qarşılaşdıqda +0010 nömrəsinə zəng edib xəbər versinlər”. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu