Günü sabahdan tədris proqramına ailə dərsləri əlavə edilməlidir - Faciə dərs oldu


 Tovuzda baş vermiş faciə internat məktəblər mövzusunu aktuallaşdırıb. 10 yaşlı qızcığazın faciəsindən təsirlənən vətəndaşlardan bəzisi uşaqlar nəzarətsiz qalmasın, məktəbdən yayınmasın, ümumilikdə cəmiyyətdə təhsilsizlik artmasın deyə internat məktəblərin sayının artmasını təklif edirlər.

Sosial şəbəkələrdə bununla bağlı statuslar paylaşılır: “Küçədən toplanıb məktəbə tıxanmalıdır uşaqlar, gənclər.  Bütün ucqar kəndlərdə internat məktəblərin sayı artmalıdır, uşaqlar onlara təhsil verə bilməyən ailələrdən alınıb internatlarda oxutdurulmalıdır. Həmçinin könüllü tərbiyəçilik sistemi də yaradılmalıdır ölkədə”.

Əməkdar müəllim, təhsil məsələləri üzrə ekspert Almaz Həsrət “Şərq”ə açıqlamasında internat məktəblərin sayının artırılmasının qəti əleyhinə olduğunu dedi: 



- İnternat məktəblərin sayını artırmaqla biz cəmiyyətdəki deqradasiya prosesinin qarşısını ala bilməyəcəyik. Ailədaxili bağların möhkəmlənməsi ən ümdə vəzifədir. Bunu üçün də məktəblərdə ailə dərsləri tədris proqramına salınmalıdır. Şəxsən mən ata-anamdan öyrənəı bilmədiklərimi müəllimlərimdən öyrənmişəm. Müəlliməmizin bizə söylədikləri, tövsiyələri indi də hafizəmdədir və mən həyatımı da məhz o cür yaşamağa çalışıram. Başlanğıc heç vaxt gec deyil. Günü sabahdan tədirs proqramına ailə dərsləri əlavə edilməlidir. Çünki biz cəmiyyətdə qorxunc hadisələri müşahidə etməkdəyik.

Biz internat məktəblkərin sayını deyil, ailələrimizin sayını artırmalıyıq və ailə bağlılığının, ailə möhkəmliyini, Azərbaycan ailə dəyərlərinin nədən ibarət olduğunu uşaqlarımıza başa salmalıyıq, öyrətməliyik. Uşaq ata-ananın, nənə-babanın dəyərini, ailədə tutduğu yeri bilməlidir. Könüllü tərbiyəçilik sisteminin qurulması da hesab edirəm ki, effekt verməyəcək. Bir könüllü münaqişəli ailəyə necə təsir edə biılər? Bir dəfə ona qapı açanlar, ikinci dəfə qapını açmayacaq. Belə fəaliyyətlər bizim cəmiyyətdə az effekt verir. Könbüllü qruplar lap 1 ay kurs keçsin, sonra? Bu cür faciələrin baş verməsi rayon icra hakimiyətlərinin Qəyyumluq şöbələrinin öz vəzifələrinin öhdəsindən gələ bilməməsinin nəticəsidir. Kənddə kim necədir, kimin kiminlə ədavəti var, yerli orqanlar bilir, hamını da tanıyır. Bələdiyyətlər də, yaşayış binalarının komendantları da münaqişəli ailələri tanıyır. Belə ailələrlə bağlı vaxtında ölçü götürülməlidir ki, hadisələr inkişaf edib faciə həddinə çatmasın. Ən əsası isə cəzaların sərtləşdirilməsidir. Ata-anasına, yaşlı nənəsinə, babasına, məsum körpələrə, ümumiyyətlə insana əl qaldıran, qətlə yetirənlər ən ağır cəzalara məhkum edilməlidir ki, başqalarına da görk olsun.                                       

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu