Alimlərdən rasional araşdırma: Bu məhsulları qarışdırmaq insult riskini artırır 

Amerikan alimlərin son tədqiqatına əsasən, adi siqaret və elekton siqareti qarışdıran  gənc istehlakçılar arasında insult riski kəskin yüksəlir




Eyni vaxtda adi və elekton siqaret çəkən insanlarda insult riski yüksəkdir.
“Sherg.az” “sciencesetavenir.fr”ə istinadən xəbər verir ki, həm elektron, həm də adi siqaret çəkən gənclərdə insult riski adi siqaret çəklənlərdən iki dəfə, siqaret çəkməyənlərdən isə 3 dəfə çoxdur.

Bu barədə  “American journal of preventive medicine” jurnalında məqalə dərc olunub. ABŞ-ın Feyrfakdakı” George Mason University”nin tədqiqatçısı Taranq Parex qeyd edib ki, siqaretlərin insult üçün ən böyük risk faktorlarından biri olduğu çoxdan məlum idi:

“Tədqiqatımız onu göstərir ki, elektron siqaretkə yanaşı adi  siqaretdən də istifadə daha böyük risk yaradır. Və bu, elektron siqaretləri daha az zərərli kimi qəbul edən və onları daha etibarlı alternativ hesab edən gənc siqaret çəkənlər üçün vacib bir mesajdır. Elektron siqaretin və adi siqaretin sağlamlığa təsirini paralel olaraq anlamağa başlamışıq və bu heç də yaxşı nəticələr vəd etmir”. 

Alim onu da diqqətə çatdırıb ki, 18- 44 yaş arası 161 min 529 insan arasında araşdırma aparılıb:

 Tədqiqat elektron siqaretin siqaret çəkənlərin qan damarlarına, ürəyinə və beyninə zərərli təsirini göstərir . Məlum olur ki, insult riski siqaret çəkənlərlə çəkməyənlər arasında, 1.59 səviyyəsində, adi siqaretdən elektron siqaretə keçənlərdə 2.54, həm elektron, həm də adi siqaret çəkənlərdə 2.91 səviyyəsində qiymətləndirilir. 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu