Avstraliyada şiddətli yanğın: SAXTA VƏ TƏSİREDİCİ FOTOLAR – Çoxu illər öncə çəkilib

Sosial şəbəkələrdə Avstraliyada baş verən yanğınların olduqca təsiredici görüntüləri yayılır. Ancaq bunların çoxu saxtadır.

«Sherg.az » «sciencesetavenir.fr»ə istinadən xəbər verir ki, son günlər bir neçə görüntü kontekstdən çıxarılıb. 


Öncə əskəriyyət göydən görünən atəş fotosunu yaydı. 

Bəzi nəşrlər bunun " peyk görüntüsü " olduğunu, bəzən NASA-ya aid olduğunu iddia etdilər . Əslində isə bu, bir qrafik dizayneri tərəfindən istehsal olunan 30 gün ərzində yanğın mərkəzlərinin 3D təsviridir. 

Digər saxta foto qız və koalanın şəkilidir. 

Qaz maskası taxan və alov divarının qarşısında qollarında koala tutan gənc bir qızın şəkli « Facebook »da 20 mindən çox paylaşılıb.  Axtarışa verdikdə məlum olur ki, bu foto ilk dəfə 2016-cı hazırlanıb. 

Üçüncü, pələnglərin alova qərq olub, yanmasıdır. 

Alovda tutulan bir pələngin fotosu « Facebook»da 48 saat ərzində ən az 85 min dəfə paylaşılıb. Amma bu, 2012-ci ildə İndoneziyada çəkilmiş heyvanların şəkilləridir.

Közərmiş qoyunları göstərən digər bir foto da kontekstdən çıxarılıb. O görüntü həqiqətən Avstraliyada çəkilib, ancaq təxminən üç il əvvəl meydana gələn yanğın zamanı lentə alınıb. 

Dördüncü isə alovdan özünü qoruyan ailənin suya sğındığını əks etdirir. 

48 saat ərzində 14 mindən çox dəfə paylaşılan digər bir « Facebook » yazısı, yanğından xilas olmaq üçün suya sığınan kimi görünən bir qadın və beş uşağını göstərir. Doğrudur, məlum görüntü Avstraliyada çəkildi, amma 2013-cü ildə Tasmaniyadakı yanğın zamanı...

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu