Agentlikdən xəbərdarlıq! -Yeni aldığınız paltarları yumadan geyinməyin! - Kanserogenlər mövcuddur


Yeni aldığınız paltarı geyinməzdən əvvəl onları mütləq yumaq lazımdır. 
“Sherg.az” “sciencesetavenir.fr”ə istinadən xəbər verir ki,  Milli Səhiyyə Təhlükəsizliyi Agentliyi (ANSES) hesabatda yeni paltar və ya ayaqqabıdakı çoxlu sayda zəhərli maddənin olduğunu bildirir və riskləri məhdudlaşdırmaq üçün bəzi tövsiyələr verir. Qeyd edir ki, yeni paltarlarda endokrin pozuculuq və kanserogenlər mövcuddur.

Əgər yeni bir paltar alıb, onu səhər tezdən geyib, axşam həmin paltarı soyunduqda qol və çiyinlərinizdə qırmızı ləkələr görürsünüzsə, deməli bu paltar dərinizə allergiya verib. Paltar və ya ayaqqabı ilə əlaqəli allergiya, dəri qıcıqlanma halları haqqında mütəmadi olaraq məlumat verilir. Buna görə istehlakçıya, paltarı ilk dəfə geyinməzdən əvvəl dəri ilə təmasda olma ehtimalı olan hər hansı bir paltarın yuyulmasını tövsiyə edilir. 

Agentlik onu da əlavə edib ki, hətta bəzən müştərilərin buna dair şikayətlərinə də rast gəlinir. Təkcə 2019-cu ildə 30-a yaxın ailə paltarlardan, 50 -yə yaxın ailə isə ayaqqabıların onlara allergiya verməsindən şikayətlənib.

Bunun səbəbi isə  toxuculuqda benzid (kanserogen), xrom 6, nikel, “4-tertututilfenolformaldehid qatranı (kanserogen) və azo boyadan geniş istifadə ilə izah olunur. Ona görə də agentlik tövsitə edir ki, alkınan bütün yeni paltarları yumadan geyinmək sağlamlıq üçün  təhlükəlidir. 
 


Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu