Bütün azyaşlı şagirdlərə dövlət tərəfindən izləmə saatları təqdim edilməlidir - Ekspertdən təklif


 10 yaşlı Nərminin faciəsi internat məktəblər mövzusunu aktuallaşdırıb. Uşaqlar nəzarətsiz qalmasın, məktəbdən yayınmasın, ümumilikdə cəmiyyətdə təhsilsizlik artmasın deyə internat məktəblərin sayının artırılması, uşaqların onlara təhsil verə bilməyən ailələrdən alınıb internatlarda oxutdurulması, həmçinin könüllü tərbiyəçilik sisteminin formalaşdırlıması təklifləri səslənir. 




Təhsil eksperti Kamran Əsədov da bir neçə təkliflə çıxış edib. “Şərq”ə açıqlama verən K.Əsədov “balaca Nərminlərimiz üçün biz bu cəmiyyəti özümüz, sivil qaydada birliyimizlə inkişafa aparmalıyıq” dedi:

- Nağılların, əfsanələrin daşını atıb, səmimi şəkildə hamımız daşın altına əlimizi atmalıyıq. Bunun üçün ilk növbədə təhsil sistemində və qanunvericiliyində dəyişikliklər edilməlidir. Belə ki, icbari təhsil IX sinifə qədər yox, XI sinifə qədər olmalıdır. İmkan vermək lazımdır ki, IX sinifdən şagirdlər orta ixtisas təhsili müəssisələrinə, qəbul olsunlar. Qəbul olmayanlar məcburi şəkildə təhsillərini davam etdirsinlər. 
Ali təhsil müəssisələrinə qəbul plan yerləri daha da artırılmalıdır. Gənclər nə qədər təhsil alsalar, cəmiyyətdə neqativ halların aradan qaldırılması istiqamətində irəliləyiş əldə olunacaq. 



Digər tərəfdən isə, bütün azyaşlı şagirdlərə dövlət tərəfindən izləmə saatları təqdim edilməlidir. Onları daimi nəzarətdə saxlamaq üçün.


Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu