Mansardan mənzil sahəsi kimi istifadə etmək çox təhlükəlidir

"Tutalım, yanğın baş versə, sakin nə edəcək, haradan çıxış yolu tapacaq? Şəhərin mərkəzində belə qanunsuz tikililər çoxdur"


İstifadədə olan yaşayış binalarının mərtəbələrinin sayının sonradan artırılması təcrübəsi paytaxtda geniş yayılıb. 
Feysbuk istifadəçisi Məhəmmədəli Qəribli analoji halla bağlı foto paylaşıb və yazıb ki, artıq işbazlar yeni metoda əl atıblar. Əlavə xərc çəkib yerdən bina tikmək onlara sərf etmir. “Günəşli” qəsəbəsində tikilən bu hazır binanın üstündən iki mərtəbə artırmaqla yaxşı pul qazanmaq eşqinə düşüblər. Bundan böyük qanunsuzluq olarmı?

Qeyd edək ki, paytaxtın Yasamal rayonunda, Biznes Universitetinin yaxınlığında da eyni hal yaşanmışdı. 16 mərtəbəli binanın damında mansar inşa edilirdi, güclü külək də tikinti materiallarını həyətə tökmüşdü, nəticədə sakinlərin avtomobilləri zədələnmişdi. Nəsimi rayonu ərazisində də 16 mərtəbəli binanın tikintisinə icazə alındığı halda, 17 mərtəbə tikilib, 18-ci mərtəbəyə hazırlıq getdiyi ərəfədə vətəndaşların narazılığı sonrası tikinti dayandırılmışdı. 

Bələdiyyələrin Fəaliyyətinin Təbliği Birliyinin sədri Vüqar Tofiqli “Şərq”ə açıqlamasında bu cür qanunsuzluqların qarşısının zamanında alınmalı olduğunu dedi:

- Hamımız gördük ki, cənab Prezident Memarlıq və Şəhərsalma Dövlət Komitəsinin yeni təyin edilmiş sədrinə hansı tapşırıqları verdi. Cənab Prezident bu məsələdə sərt mövqe ortaya qoydu. İcra strukturları, məmurlar bundan nəticə çıxarmalıdır. Şəhərdə yarımçıq saxlanılan tikililər çoxdur. Bəzisi maliyyə çətinliyi səbəbindən yarımçıq qalırsa, bəzisinin tikintisi məhz layihədən kənaraçıxmalara görə dayandırılır. Təqdim olunmuş layihədə nə nəzərdə tutulubsa, o da tikilməlidir. Yoxsa, 17 mərtəbə əvəzinə 18, mansar nəzərdə tutulmayan yerdə əlavə konstruksiyalar inşa etmək qanunsuzdur. Bundan həm sakinlər, həm vətəndaşlar, həm də ekologiya zərər görür. Layihədə nəzərdə tutulmamış əlavə tikililər o binanın sakinləri üçün də təhlükədir, ətrafdakıəlar üçün də. Görürük ki, hansısa föfqəladə hallarda vətəndaşlar bundan ziyan çəkir. Mansar, ümumiyyətlə, qeyri-yaşayış sahəsi hesab olunur və ora heç vaxt çıxarış verilə bilməz. Mansardan mənzil sahəsi kimi istifadə etmək çox təhlükəlidir. Tutalım, yanğın baş versə, sakin nə edəcək, haradan çıxış yolu tapacaq? Şəhərin mərkəzində belə qanunsuz tikililər çoxdur. Vətəndaşlar da mənzil alarkən bu məsələlərə diqqət etsinlər. Hansısa hündürmərtəbəli binanın mansar adı altında tikilmiş qeyri-yaşayış sahəsindən gedib “ev” almasınlar...
          
Əsas da binaların sakinləri bu cür qanunsuzluqlara etiraz etməlidir. Layihə neçə mərtəbəyə hesablanıbsa, bina o qədər də ucaldılmalıdır. Çünki burada özülün ağırlığa dözmək əmsalı var. Yüngül konstruksiyalarla mərtəbələrin sayını artırmaq real təhlükədir. Bir az güclü külək oldumu hamısı dağılıb töküləcək.             


Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu