Kiminsə, dostuna, qohumuna borc pul verməsi, əlbəttə, başa düşüləndir, AMMA...

27 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, son illərin bəlkə də ən ağrılı problemi məhz borc verilən pulun geri alına bilməməsidir. Nə qədər belə vətəndaşlarımız var ki, dara düşən qohumuna, dost-tanışına borca pul verir, lakin sonra uzun müddət keçsə də, pulunu geri ala bilmir. Bu baxımdan hüquq-mühafizə orqanlarının borclu şəxs qismində axtarılan 12 nəfəri müəyyənləşdirib aidiyyəti üzrə təhvil verməsi müsbət haldır. Bəs borclular necə müəyyənləşir? Bəllidir ki, çox zaman borc əldən-ələ, yəni qarşılıqlı etibar, inam çərçivəsində verilir. Sonra bir tərəf etibarsız çıxırsa, qarşı tərəf zərərçəkmiş durumuna düşür. Ortada sənəd yox, sübut yox, şahid də yox. Və beləcə borcunu geri ala bilmir.

Vəkil Rövşən Qasımov “Şərq”ə açıqlamasında bildirdi ki, verdiyi borc pulu geri ala bilməyən vətəndaş mütləq hüquq-mühafizə orqanlarına müraciət etməlidir: 

- Bizim əhalinin çatışmayan cəhəti budur ki, hüquq-mühafizə orqanlarına müraciət etmirlər. Kiminsə, dostuna, qohumuna etibar edib borc pul verməsi, əlbəttə, başa düşüləndir, bu, bizim adət-ənənədən, kişi sözünə inanmaq ədəbimizdən irəli gəlir. Amma bir halda ki, vətəndaş borcunu geri istəyir, amma borclu qaytarmır, o zaman artıq hüququ-mühafizə orqanlarına rəsmi qaydada müraciət edilməlidir. İstintaq bu cür halları müəyyən edə bilir. İstintaq orqanlarının öz iş üslübu var. 



Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu