İqlim mütəxəssislərindən ŞOK TƏDQİQAT: Son 8 ildə hər gün qlobal istiləşmə...” 

 2012-ci ildən bəri hər gün qlobal istiləşmə qeydə alınır
“Sherg.az” “sciencesetavenir.fr”ə istinadən xəbər verir ki, İsveçrə alimləri səkkiz ildir qlobal istiləşmənin təsirinin bütün dünyada hər gün hiss edildiyini müəyyən ediblər. Onlar qeyd edirlər ki, qlobal istiləşmə davam etdiyi üçün meteorologiya ilə iqlim arasındakı sərhədlər pozulub. 

1 yanvar 2020-ci il tarixində İsveçrənin Sürix şəhərində İsveçrə Federal Texnologiya İnstitutunun tədqiqatçıları tərəfindən aparılan bir araşdırma “Nature Climate Change” jurnalında dərc olunub.

Alimlər yazırlar ki,  2012-ci ildən bəri hər keçən gün qlobal istiləşmə müşahidə olunur. Və bu, elmi dəlillərlə sübut olunur. Bundan başqa alimlər yazırlar ki, vəziyyət belə davam edərsə, “parlaq gələcək” anlayışı öz mənasını itirəcək. 

Məqalədə o da qeyd olunur ki, bu işi həyata keçirmək üçün tədqiqatçılar statistik öyrənmə  və iqlim modellərinin simulyasiyalarından istifadə ediblər. Məqsəd dünyadakı temperatur və rütubətin gündəlik olaraq necə dəyişdiyini qiymətləndirmək idi.

Sonra bu nəticələri əvvəllər əldə edilənlərlə müqayisə ediblər və şahidi olublar ki, son 8 ildə hər gün iqlim istiləşməsi qeydə alınır.

ABŞ-ın Stanford Universitetindən olan tədqiqatçı, iqlim mütəxəssisi Noah Diffenboq da bu araşdırmanın iqlim problemini anlamaq üçün nə dərəcədə vacib olduğunu izah edib:

"Artıq qlobal istiləşmənin təsirinin gündəlik hava şəraitində müşahidə olunması iqlim dəyişikliyinin güclü olduğunun bariz əlamətidir. Bu araşdırma, bütün dünyada iqlim dəyişikliyinin hər gün ekosistemlərə təsir etdiyinə dair yeni sübutlar ortaya qoyur”. 


Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu