Almaniya ZİRVƏ GÖRÜŞÜNƏ hazırlaşır: Ərdoğan da qatılacaq  

Almaniya bazar günü Liviyadakı qarşıdurma ilə bağlı zirvə görüşü təşkil etmək istəyir. 
“Sherg.az” “Lefigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə zirvə görüşü ilə bağlı keçirilən ilkin iclasların təkşkilatçılarına yaxın mənbələrdən məlumat verilib. Xəbərə əsasən həmin gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Almaniyanın paytaxtı Berlində olacaq. Bu barədə Ankara səlahiyyətliləri məlumat verib. Ancaq onlar görüşdə kimlərin iştirak edəcəyi və və başqa məsələlərlə bağlı detalları açıqlamayıblar.

Qeyd edək ki, marşah Haftar ötən ilin aprelindən etibarən Liviyanın şərqini nəzarətə götürüb. Daha sonra o beynəlxalq ictimaiyyət tərəfindən tanınan paytaxt Tripoliyə qarşı hücuma keçib.
Bu məsələdə Türkiyə mərkəzi hökuməti dəstəkləyir, Rusiya isə Haftara yaxın qüvvələri müdafiə edir. Beynəxalq ictimaiyyət isə Liviyadakı tərəfləri qarşıdurmaya son qoymağa çağırır. 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu