“Dodaq uçuqladan” qiymət: Namizəd 3 dəqiqəlik efir üçün 11 min manat ödəyə bilməyəcək

Parlament seçkilərində namizədlərin ödənişli seçkiqabağı təşviqatına qoşulan KİV-lərin siyahısı açıqlanıb. Siyahıda televiziya kanallarından yalnız İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) adı yer alıb.

Ödənişli təşviqatın aparılması üçün İTV-nin efirində deputatlığa qeydə alınan namizədlərin bir saniyə efir vaxtının qiyməti minimum 22 manat, maksimum isə 65 manatdır. Hesablamaya görə 3 dəqiqəlik efir vaxtı əldə etmək üçün namizəd 11 min manat ödəməlidir. 

Bu, “dodaq uçuqladan” qiymət, fantastik məbləğ kimi dəyərləndirilib və narazılıqla qarşılanıb. Sosial mediada da İTV-nin reklam qiymətləri tənqid olunub. Çünki hər bir namizədin həm bu ödənişi etməyə gücü çatmayacaq. 



Qulu Məhərrəmli: “Qiymətlər çox yüksəkdir, təbliğatı aparmaq üçün vəsaiti tapmaq çətindir”


Namizdələrin çıxışı üçün nəzərdə tutulan efir qiymətlərinin Azərbaycan reallığına uyğun olmadığını deyən tanınmış tele-tənqidçi, professor Qulu Məhərrəmli Sherg.az-a açıqlamasında bildirib ki, qiymətlərin daha münasib olmasına ehtiyac var: 

“Seçkilərlə bağlı bir qayda olaraq namizədlər üçün pulsuz efir vaxtı verilir. Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi vaxt əslində pulsuzdur. Namizədlər çıxış edirlər, öz planlarını, platformalarını seçicilərinə çatdırırlar. Bir də efirin ödənişli olması var. Hesab edirəm ki, ödənişli çıxışlar ölkəmizdəki şəxslər üçün uyğun deyil. Qiymətlər çox yüksəkdir, təbliğatı aparmaq üçün vəsaiti tapmaq çətindir. Söhbət nisbətən təcrübəsiz, həmçinin imkanı olmayan namizədlərdən də gedir. Ona görə də bu reallığı nəzərə alıb xidməti müəyyənləşdirmək, məbləğləri münasib etmək lazımdır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu