İranın Britaniyadakı səfiri XİN-ə çağırıldı

Tehrandakı etiraz mitinqləri zamanı Böyük Britaniya səfirinin saxlanılması ilə əlaqədar İranın Londondakı səfiri Həmid Bəninejad ğlkənin Xarici və İttifaq məsələləri üzrə Ofisinə (Xarici İşlər Nazirliyi)ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Böyük Britaniya Baş Nazirinin ofisi məlumat yayıb.

"Bu, Vyana Konvensiyasının qəbuledilməz pozuntusu idi və bunu mütləq araşdırmaq lazımdır. Xarici və İttifaq məsələləri üzrə Ofis əmin olmaq istəyir ki, bu, yenidən baş verməyəcək”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Böyük Britaniyanın İrandakı səfiri Robert Makeyr yanvarın 12-də Tehran Universiteti qarşısında və paytaxtda keçirilən etiraz aksiyalarının kadrlarını çəkərkən saxlanılıb. Səfir bir neçə saat saxlanıldıqdan sonra İran XİN-in müdaxiləsi nəticəsində azad edilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu