İsrail qırıcıları yağış suları altında qaldı - FOTO

Yanvarın 9-da güclü yağışlar nəticəsində İsrailin cənubunda yerləşən Hərbi Hava Qüvvələrinə məxsus anqarları su basıb.

Yerli KİV bildirir ki, su basması nəticəsində təyyarələrə külli miqdarda zərər dəyib. Onların yaxın günlərdə təmir ediləcəyi bildirilib.

Hərbi Hava Qüvvələrinin baş verənlərlə bağlı təhqiqata başladığı vurğulanıb.

İnsident nəticəsində heç kimin xəsarət almadığı bildirilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu