Ağstafada minaatan mərmiləri tapıldı

Ağstafada 2 ədəd təlim məqsədli 60 mm-lik minaatan mərmisi (40 M13 İN) aşkar olunub. Bu barədə Sherg.az-a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Bu gün Dövlət Sərhəd Xidmətindən Agentliyə Ağstafa rayonu, Ağgöl kəndi ərazisində 2 ədəd minaatan mərmisinin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd təlim məqsədli 60 mm-lik minaatan mərmisi (40 M13 İN) aşkar olunub, ətrafında 200 kv.m əraziyə yerüstü baxış zamanı əlavə olaraq 2 ədəd də təlim məqsədli 60 mm-lik minaatan mərmisi (40 M13 İN) aşkar olunmuş, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu