Magistratura imtahanları ilə bağlı mühüm qərar: Bir mərhələ olacaq

Nazirlər Kabineti Baş nazir Əli Əsədovun Ali təhsil müəssisələrinin və Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydalarına dəyişikliklər haqqında qərarını şərh edib.

Nazirlər Kabinetindən bildirilib ki, dəyişikliklər beynəlxalq təcrübəyə əsaslanır. Belə ki, qərar magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsini nəzərdə tutur.

Hazırda isə imtahanlar iki mərhələdə aparılır:

I mərhələ - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi;

II mərhələ - ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu