O sirli şəhər insanları ovsunlayır - FOTOLAR


Dünyanın Yeddi Möcüzəsindən biri olaraq da tanınır

 Machu Picchu hələ də öz sirli tarixi ilə insanları ovsunlamağa davam edir. Perudakı And dağlarının yüksək bir nöqtəsində yerləşən bu tarixi şəhərin 100 il əvvəllə qədər varlığı bilinmirdi.

Sherg.az xəbər verir ki, təsadüf nəticəsində kəşf edilən Machu Picchuya bir az yaxından baxaq.





Machu Picchu, And dağlarının 2.430 metr yüksəkliyində qurulmuş qədim bir şəhərdir. 15-ci əsrdə bölgədə hakimiyyətini quran İnklərin yaratdığı şəhərin necə tikildiyi hələ də sirdir. Olduqca yüksək bir ərazidə yerləşən şəhərin niyə  burada tikildiyi maraqlı mövzulardan biri olaraq qalır.





Şəhərin inşasında istifadə edilən daşların o yüksəkliyə necə çıxarıldığı da maraqlı olaraq qalır. Günümüzün texnoloji imkanlarına baxmayaraq, nəqliyyatın həddindən artıq çətin işlədiyi Machu Picchu turistləri özünə çox cəlb edir. 20-ci əsrin əvvəlində bir səyyah tərəfindən təsadüfən kəşf edilən və Avropalı müstəmləkəçilərin əsrlərdir bixəbər olduqları Machu Picchu, İnk sivilizasiyasının çatdığı nöqtənin gözəl bir nümunəsidir. UNESCO - nun qoruması altında olan Machu Picchu eyni zamanda Dünyanın Yeddi Möcüzəsindən biri olaraq da tanınır.

 Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu