Kafedə oturan şəxs silahlı hücuma məruz qaldı

Xəstəxanaya çatdırılan yaralı müdaxilələrə baxmayaraq həyatını itirib

Adanada bir kafedə oturan Bedirhan Baykara (36), məruz qaldığı silahlı hücumda həyatını itirib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, hadisə, günorta saatlarında kafedə baş verib. İddiaya görə, bir yoldaşıyla kafedə oturan Bedirhan Baykaranın yanına gələn və hələ şəxsiyyəti müəyyən olunmayan adam, tapançayla atəş açıb. 5 güllə yarası alan Baykaraya ilk müdaxiləni kafedə müştəri kimi outran tibb bacısı Elif Kıraç edib.
Qardaşı tərəfindən xəstəxanaya çatdırılan Baykar bütün müdaxilələrə baxmayaraq həyatını itirib. Bölgəyə gələn polis qrupları, avtomobillə qaçan şübhəlini tutmaq üçün işə başlayıb. Qruplar təcavüzkarın qaçdığı avtomobili boş halda tapıblar.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu