Yapon adalarında zəlzələ olub

Yaponiyanın Honşu adalarının şərq hissəsində 5 bal gücündə zəlzələ baş verib.

Bu barədə Yaponiya Milli Metereologiya İdarəsi məlumat yayıb.

Yeraltı təkanların episentri Tokio yaxınlığında, qonşu İbaraki prefekturasında qeydə alınıb.

Zəlzələ ocağı isə 50 km dərinlikdə yerləşib.

Xəsarət alanlar, dağıntı ilə bağlı məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu