İrandan səfirlə bağlı Britaniyaya - Xəbərdarlıq

Britaniya səfiri Robertin Makairenin etirazlarda iştirakı İranın daxili işlərinə aşkar şəkildə müdaxilə etməkdir.

Axar.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Daxili etiraz aksiyalarından birində Britaniya səfirinin iştirakı İranın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir və diplomatik münasibətləri tənzimləyən prinsiplərə ziddir”, - deyə bildirilib.

XİN Britaniya səfirliyinə çağırış edərək, Tehranda bu qanunsuz müdaxilənin və provokativ fəaliyyətin sonlandırılmasını tələb edib.

Qeyd edək ki, Böyük Britaniyanın Tehrandakı səfiri Robert Makaire ötən gün polis tərəfindən saxlanılmışdı. Makairenin Tehrandakı tələbələrin etiraz aksiyasını təşkil etməkdə ittiham edildiyi vurğulanıb. Bu səbəbdən səfir polis idarəsində sorğu-sual edilib, daha sonra sərbəst buraxılıb.

İran hakimiyyəti daha sonra səfirin səhvən saxlanıldığını bildirmişdi.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu