Paşinyanın müraciəti siyasi spekulyasiyadır – AKTUAL ŞƏRH

Erməni baş nazir İran-ABŞ münasibətlərində vasitəçi olarsa, uğursuz diplomatik cəhdlə üz-üzə qalacaq



Politoloq Stepan Danielyan İrəvanın İran-ABŞ münasibətlərində vasitəçi olmaq təklifini tragikomediya adlandırıb. Ekspertin sözlərinə görə, Paşinyanın sayəsində Ermənistanda siyasi nitq ən aşağı səviyyəyə - məişət səviyyəsinə düşüb: 

“Bu təklif beynəlxalq münasibətlərin tarixinə zarafat kimi düşəcək. Ermənistan hakimiyyəti anlamır ki, bu konfliktdə vasitəçi olmaq nə deməkdir və hansı ölkə belə bir təklifi etməyə cəsarət edə bilər. Beynəlxalq tərəfdaşlarımız əksər hallarda Paşinyan hakimiyyətinə ciddi yanaşmırlar”. 



Politoloq: “Çünki Paşinyan kimi qeyri-ciddi siyasətçi Ermənistanın etibarsız imicini formalaşdırıb” 


İrəvan hökumətinin qeyri-ciddi təklifi ilə bağlı “Şərq”ə danışan Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib ki, ABŞ-İran münasibətlərinin mürəkkəb fazaya girdiyi bir zamanda Paşinyanın iki ölkə arasında vasitəçilik missiyasını yetirmək üçün müraciəti siyasi spekulyasiyadır. 

Politoloqun sözlərinə görə, regionun mürəkkəb və qaynar bölgə olması məsələyə ciddi yanaşma tələb edir: 

“Paşinyan kimi qeyri-ciddi siyasətçinin təklifinin absurd olması Ermənistanın mövcud durumu ilə bağlıdır. Ermənistan hakimiyyəti daxili və xarici siyasətdə dayanıqsız bir mühit yaradıb. Ölkə etibarsız imicə malikdir. Ermənistanın amorf siyasətinin nəticəsidir ki, uzun illərdir, bölgədə həyata keçirilən bütün iqtisadi layihələrdən kənarlaşdırılıb. İrəvan balanslaşdırılmış siyasət xəyal etdiyi halda Qərb və Rusiya arasında “ayağı sürüşkən qadın”, forpost, vassal və s. adlar qazanıb. Belə bir imicə sahib olan dövlət ciddi siyasi proseslərdə necə qarantiya nümayiş etdirə bilər?! Vasitəçi tərəf ilk növbədə tərəflərin nə istədiklərini bilməklə yanaşı, onları qane edəcək təkliflər paketi ilə danışıqlar masasına əyləşməlidir. Erməni politoloq Stepan Danielyanın təbirincə desək, “Paşinyanın hakimiyyətə gəlişindən sonra Emənistanda siyasi diskusiya dili küçə terminləri səviyyəsinə düşüb”.

V.Əfəndiyev vurğulayıb ki, ABŞ və İran arasındakı münasibətlər çox ciddi və kritik həddə çatıb: 

“Belə çətin vəziyyətdə vasitəçilik missiyası effektsizdir. Bu yükün altına girəcək hər hansı ölkə uğursuz diplomatik cəhdlə üz-üzə qalacaq”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu