Mingəçevirdə mikroavtobus aşdı: Yaralılar var - FOTO

Mingəçevirdə mikroavtobus aşıb.

APA xəbər verir ki, hadisə şəhərin “Qələbə” meydanı ərazisində qeydə alınıb.

“Hunday Elantra” markalı maşın 7 saylı xətt üzrə hərəkət edən mikroavtobusla toqquşub.

Toqquşmanın təsirindən mikroavtobus aşıb.  

Qəza nəticəsində 1960-cı il təvəllüdlü Qorçiyeva Lamiyə Aydan qızı, 2004-cü il təvəllüdlü Məmmədova Aydan Elsəvər qızı  və 1996-cı il təvəllüdlü Əhmədova Türkan Talıb qızı xəsarət alıblar. 

Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu