Milli Məclisin üzv olduğu bütün beynəlxaq təşkilatlara seçkiləri izləmək üçün müraciət göndərilib

Fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar Azərbaycan parlamentinin üzv olduğu beynəlxalq təşkilatlara müraciət ünvanlanıb. Bunu açıqlamasında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

O bildirib ki, Milli Məclisin üzv olduğu bütün beynəlxaq təşkilatlara parlament seçkilərini izləmək üçün rəsmi müraciət göndərilib:

“Milli Məclis tərəfindən AŞPA, ATƏT PA, MDB PA, QDİƏT PA, TÜRK PA , İƏT PA, və GUAM PA-ya seçkiləri izləmək üçün rəsmi müraciət göndərilib. Ancaq Avropa Parlamentinin üzvü olmadığımız üçün onlara müraciət göndərilməyib”. (Report)

Xatırladaq ki, Azərbaycanda parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu